"Yuventus" PSJ-nin hücumçusu Neymarla maraqlanır. Matc.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Turin təmsilçisi bunun üçün Paulo Dibalanı da anlaşmaya daxil etməyə hazırdır.

Məlumata görə, braziliyalının maliyyəti yüksək olduğu üçün "Yuventus" argentinalı futbolçu və üzərində bəlli bir miqdar ödəməyi düşünür. Ancaq A Seriyası təmsilçisi Neymara PSJ-dəki maaşı ödəyə bilməyəcək.

28 yaşlı hücumçunun Paris klubuyla 2022-ci ilə qədər müqaviləsi var. O, 2017-də 222 milyon avro qarşılığında "Barselona"dan PSJ-yə keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest