Məlumata görə, danışıqlarda ən böyük əngəl "Barselona"nın Lautaro üçün müqavilədə əks olunan pulu ödəmək istəməməsidir. Kataloniya klubu argentinalı üçün "İnter"ə 60 milyon avro və iki oyunçusunu təklif edir

"Barselona" "İnter" in hücumçusu Lautaro Martinesi heyətinə qatmaqda israrlıdır. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, yaxın vaxtda tərəflər arasında razılıq əldə oluna bilər.

Məlumata görə, danışıqlarda ən böyük əngəl "Barselona"nın Lautaro üçün müqavilədə əks olunan pulu ödəmək istəməməsidir. Kataloniya klubu argentinalı üçün "İnter"ə 60 milyon avro və iki oyunçusunu təklif edir. Ancaq İtaliya klubu bununla razılaşmır.

Milan təmsilçisinin də Per Emerik Obameyanq və Timo Vernerlə danışıq apardığı bildirilir. Rəhbərlik Martinesin satışından gələn pulla bu transferləri reallaşdırmalıdır.

Xatırladaq ki, 22 yaşlı argentinalı hücumçunun sözləşməsində 111 milyon avro qarşılığında sərbəst qalacağı qeyd edilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest