"Yuventus"un üç futbolçusu karyeralarını "Nyukasl"da davam etdirə bilər. Matc.az xəbər verir ki, bunlar Adrian Rabiot, Aaron Remsi və Duqlas Kostadır.

Məlumata görə, Səudiyyə Ərəbistanı şahzadəsi Premyer Liqa təmsilçisini rəsmən satın aldıqdan sonra komandanı iddailı duruma gətirmək niyyətindədir. Yeni rəhbərliyin hədəfində olan üç futbolçu üçün "Yuventus"a 80 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, "Nyukasl"ı gələn mövsümdən Mauritsio Poçettinonun çalışdırması gözlənilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest