"Qarabağ" sabiq qapıçısı İbrahim Şehiç koronavirusa yoluxub.  Matc.az xəbər verir ki, bu baradə "A Spor" kanalı məlumat yayıb.

Bildirilir ki, "Erzurumspor"da koronavirus testi müsbət nəticə verən 11 nəfərdən biri də bosniyalı qapıçıdır. ümumilikdə klubun 4 oyunçusu, 1 məşqçisi və 6 işçisində virus aşkarlanıb. 

Qeyd edək ki, İbrahim Şehiç "Qarabağ"da 2013 - 2018-ci ildə çıxış edib. Onun "Erzurumspor"la müqaviləsi bu ilin yayına qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest