Azərbaycan Premyer Liqası oyunlarına təyinat alan hakimlər üçün koronavirus testi keçirilib. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Bildirilir ki, ədalət təmsilçiləri ilə yanaşı, Hakimlər Komitəsinin əməkdaşlarından da test götürülüb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest