"Barselona" hücumçu Lautaro Martineslə bağlı "İnter"lə razılığa gələ bilmir. Matc.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Kataloniya klubu 22 yaşlı hücumçu üçün 80 milyon avro ödəməyə hazırdır.

Məlumata görə, argentinalı futbolçunun müqaviləsində 111 milyon avro təzminat nəzərdə tutulur və milanlılar böyük güzəşt etmək niyyətində deyil. "İnter" rəhbərliyi oyunçu üçün 90 milyon avro və Nelson Semedonu tələb edir.

Ancaq Kataloniya təmsilçisi bu təkliflə razılaşmır. La Liqa klubu Martines üççün maksimum 80 milyon avro ödəmək niyyətindədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest