Azərbaycanda xüsusi karantin rejimi müddətində idman sahəsində tətbiq olunmuş məhdudiyyətlər qüvvədə qalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
 
Bildirilib ki, idman zallarının fəaliyyətinin, bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin, idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla) qərarı dəyişdirilməyib.
 
Bu isə o deməkdir ki, Azərbaycanda idman yarışları, o cümlədən futbol matçları yaxın vaxtlarda bərpa olunmayacaq. 
 
Azərbaycan Premyer Liqası martın 13-də dayandırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest