"Erzurumspor"da oynayan "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç koronavirusa yoluxması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Matc.az xəbər verir ki, o, "Feysbuk" hesabı vasitəsi ilə "Koronavirus? Bu, yalandır. Mən yaxşıyam" yazaraq, iddiaları təkzib edib.

Qeyd edək ki, "Erzurumspor"da 11 nəfərdə koronavirus aşkarlanıb, 72 nəfər isə karantinə alınıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest