Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Ersgebirge"də oyunçuların koronavirus testinin nəticələri açıqlanıb.

Matc.az klub saytına istinadən xəbər verir ki, klubun işçiləri, futbolçular və məşqçilər heyətinin heç birində virusun simptomları aşkarlanmayıb.

Qeyd edək ki, mayın 16-da Almaniyanın əsas və II Bundesliqasında cari mövsüm bərpa olunacaq. "Ertsgebirge" XXVI turda evdə "Zandhauzen"i qəbul edəcək. Görüş Bakı vaxtı ilə 15:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest