O bildirib ki, məvaciblərin azaldılması məsələsi rəhbərliklə müzakirə olunmayıb. Şants oyunçuların milyonlarla pullarının olmadığını da sözlərinə əlavə edib.

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın "Foneks Rizinq" klubunda koronavirus pandemiyasının yaratdığı böhran səbəbindən maaşlar azaldılmayacaq.Matc.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Rik Şants yerli mətbuata açıqlamasında deyib.

O bildirib ki, məvaciblərin azaldılması məsələsi rəhbərliklə müzakirə olunmayıb. Şants oyunçuların milyonlarla pullarının olmadığını da sözlərinə əlavə edib.

Qeyd edək ki, Rüfət Dadaşov USL müntəzəm çempionatının I turunda "Portlend Timbers"ə 6:1 hesabı ilə qalib gəldikləri matçda het-trik edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest