"Çempionlar Liqası və Avroliqada oynamaq üçün Azərbaycanın "Qarabağ" klubuna keçdim. İndi düşünürəm ki, Avropada qalsaydım, daha yaxşı olardı. Çünki oradan ayrıldıqdan sonra əvvəlki səviyyəyə qayıtmaq çətin olur"

Almaniyanın "Valdhof" klubunda çıxış edən "Qarabağ"ın sabiq qapıçısı Miro Varvodiç "Fenix-magazin.de" saytına müsahibə verib. Matc.az xəbər verir ki, o, Azərbaycan haqqında da fikirlər səsləndirib.

"çempionlar Liqası və Avroliqada oynamaq üçün Azərbaycanın "Qarabağ" klubuna keçdim. İndi düşünürəm ki, Avropada qalsaydım, daha yaxşı olardı. çünki oradan ayrıldıqdan sonra əvvəlki səviyyəyə qayıtmaq çətin olur. Azərbaycanda, Bakıda maraqlı insanlarla tanış oldum. Ancaq orada həyat Avropadakından fərqlidir. İlk klubum olan "Hayduk"un məndə xüsusi yeri var. Ancaq "Qarabağ" və "Köln" kimi komdaların da yaxşı şəraitə sahibdirlər. O klublara keçəndə heç nə ilə maraqlanmaq lazım deyil, sadəcə futbolu düşünmək kifayətdir".

Qeyd edək ki, Miro Varvodiç 2012-14-cü illlərdə"Qarabağ"ın formasını geyinib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest