"Sadəcə, Qazaxıstanda daha çox komandavar, amma səviyyə eynidir. Son mövsüm bir az çətin oldu. Ancaq qətiyyətli idim"

"Keşlə"nin syerra-leoneli yarımmüdafiəçisi Con Kamara Qazaxıstanın "sports.kz" saytına müsahibə verib. Matc.az xəbər verir ki,  Azərbaycan və Qazaxıstan çempionatlarını müqayisə edən 32 yaşlı futbolçu gələcək karyerası barədə də fikir bildirib:

"Hər iki liqada yaxşıdır, rəqabət var. Sadəcə, Qazaxıstanda daha çox komandavar, amma səviyyə eynidir. Son mövsüm bir az çətin oldu. Ancaq qətiyyətli idim. Azərbaycan çempionatındakı çıxışıma görə çox xoşbəxtəm. Daha da yaxşı olmaqda davam edəcəyəm. Bakı gözəl şəhərdir və burada həyatı daha maraqlı edən bir çox şey baş verir".

32 yaşlı futbolçu koronavirus səbəbindən dayandırılan Azərbaycan Premyer Liqası və "Keşlə"dəki gələcək karyerası ilə bağlı danışıb:

"Azərbaycan çempionatı sona 8 tur qalmış dayandırıldı. çempionatın davam etməsini istəyirəm, amma necə olacağını bilmirəm. "Keşlə" çempionatda 3-cü pillədədir. Bu, hər kəs üçün yaxşı mövqedir. Müqaviləm iyunda başa çatır. Menecerlərim  mənə təklif etdikləri bir çox ölkə var - Türkiyə, Qazaxıstan və digər yerlər".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest