"Borussiya" hücumçusu Erlinq Holandı sata bilər. Matc.az "AS"a istinadən xəbər verir ki, Dortmund təmsilçisi norveçli futbolçunun satışından yaxşı gəlir götürmək niyyətindədir.

19 yaşlı forvardın klubu ilə 2024-cü ilə qədər müqaviləsi var. Ancaq rəhbərlik norveçli oyunçu üçün gələn təklifləri nəzərdən keçirə bilər. Bir şərtlə ki, Holandı komandasından görmək istəyən klub 120 milyon avrodan keçməlidir.

Daha bir iddiaya görə, futbolçunun agenti Mino Raiola Holandı "Real"a satmaq istəyir. Gənc futbolçunun da Madird klubunda oynamağa müsbət yanaşdığı bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest