"Belə bir böyük klubdan ayrılıram. Burada yaşadığım hekayənin bir hissəsi olan hər kəsə təşəkkür edirəm. Azarkeşlərin coşqusu hər zaman yadımda qalacaq. Çox sağ olun!".

"Neftçi"yə transfer olunması gözlənilən müdafiəçi Talisson Auqusto komandası ilə vidalaşıb. Matc.az xəbər verir ki, Braziliya B Seriyası təmsilçisi "Quarani"də çıxış edən müdafiəçi "instagram" hesabından etdiyi paylaşımla klubun azarkeşlərini unutmçayacağını bildirib:

"Belə bir böyük klubdan ayrılıram. Burada yaşadığım hekayənin bir hissəsi olan hər kəsə təşəkkür edirəm. Azarkeşlərin coşqusu hər zaman yadımda qalacaq. çox sağ olun!".

Qeyd edək ki, "Quarani" klubunun icraçı direktoru Miçel Alves futbolçunun Azərbaycan klubuna keçəcəyini təsdiqləyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest