PSJ-nin hücumçusu Neymar "Barselona"ya keçmək istəyir. Matc.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, braziliyalı futbolçu rəhbərlikdən satılmasını tələb edib.

Neymarın koronavirus pandemiyasının yaratdığı maliyyə böhranı səbəbindən Kataloniya klubuna keçə bilməyəcəyi bildirilirdi. Bu səbəbdən də futbolçu Paris təmsilçisinə getməsi üçün ona kömək etmələrini söyləyib.

PSJ daha öncə braziliyalı üçün 170 milyon avro tələb etmişdi. "Barselona" isə bu məbləği ödəyə bilmədiyindən trasferdən vaz keçib.

Qeyd edək ki, Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında Kataloniya klubundan Paris təmsilçisinə keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest