"Napoli" müdafiəçi Kalidu Kulibalinin qiymətini azaltmayacaq. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə klubun idman direktoru Kristian Quntoli açıqlama verib:

"O, əla futbolçudur. Klubun hər qiyməti istəməyə haqqı var. Düşünmürəm ki, koronavirusla bağlı problem Kulibali və ya digər oyunçuların dəyərini azaldacaq".

"Mançester Yunayted"in müdafiəçi üçün 80 milyon avro təklif etdiyi bildirilir. A Seriyası təmsilçisi isə oyunçuya 100 milyon avro qiymət qoyub. Son olaraq "Liverpul"un da 28 yaşlı futbolçunun xidmətində maraqlı olduğu vurğulanır.

Kulibali cari mövsüm "Napoli"də 21 oyun keçirib. Seneqallı oyunçunun klubla müqaviləsi 2023-cü ilə qədər qüvvədədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest