"Qarabağ"da oynamağım mənim üçün yaxşı təcrübə oldu"

Matc.az xəbər verir ki, bu sözləri Bosniya və Herseqovina millisinin qapıçısı Asmir Beqoviç deyib. 33 yaşlı futbolçu Azərbaycanla bağlı xoş xatirələri olduğunu bildirib:

"Qarabağ"da oynamaq şansını qaçırtmadım Avroliqada yaxşı təcrübə topladım. Bakı böyük şəhərdir, orada özümə dostlar qazandım. "Qarabağ"da yenidən futbola döndüm, bu idman növündən həzz aldım".

Qeyd edək ki, Asmir Beqoviç mövsümün ilk yarısında Azərbaycan Premyer Liqasında 10 matçda meydana çıxıb, qapısından 5 qol buraxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest