08 İyun 2020, 17:25
FUTBOL
"Neftçi" Futbol Akademiyasının müqavilə müddəti başa çatan direktoru Mik Benetlə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.
Matc.az klubun saytına istinadən məlumat verir ki, "ağ-qaralar"ın prezidenti Kamran Quliyev ingiltərəli mütəxəssislə görüşərək xidmətlərinə görə ona təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.