"Onlar bizə isti münasibət göstərirlər. Özümüzü yaxşı hiss edirik. Artıq iki aydır ki, idman zalımız var, məşq edə bilirik. Ancaq evdə öyrəşdiyiniz şeylərdən uzaq olmaq çox çətindir"

Braziliyalı millisinin və "Barselona"nın sabiq yarımmüdafiəçisi Ronaldinyo həbs müddətindən danışıb. Matc.az xəbər verir ki, Paraqvaydakı bir oteldə ev dustaqlığı yaşayan əfsanəvi futbolçu durumunun yaxşı olduğunu açıqlayıb:

"Burada bizə isti münasibət göstərirlər. özümüzü yaxşı hiss edirik.  Artıq iki aydır ki, idman zalımız var, məşq edə bilirik. Ancaq evdə öyrəşdiyiniz şeylərdən uzaq olmaq çox çətindir. Düşünürəm ki, bu ağır təcrübə bir ömür yadımızdan çıxmayacaq. Bu günlərdə tək qalmadım. "Barselona" mənə hər zaman diqqət və hörmətlə yanaşıb. Köhnə dostlarım məni yaxşı tanıyırlar və indi çətin durumda olduğumu başa düşürlər. Bu dönəmdən ən qısa vaxtda qurtulmaq üçün onların dəstəyini görmək çox vacib idi".

Qeyd edək ki, Ronaldinyo və qardaşı Paraqvayda üzərlərində saxta sənədlə həbs ediliblər. Onların sözügedən ölkədə qanunsuz biznes fəaliyyəti ilə məşğul olduqları bildirilir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest