"Real"ın yarımmüdafiəçisi Xames Rodriges karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az "The Sun"a istinadən xəbər verir ki, "Mançester Yunayted" futbolçunun xidmətində maraqlıdır.

Məlumata görə, "qırmızı şeytanlar" yanvardan Xamesi heyətinə cəlb etmək istəyir. Ancaq Madrid klubunun oyunçu üçün tələb etdiyi 80 milyon avro transferin reallaşmasına mane olur. Əgər "Real" Rodrigesin qiymətində endirim etsə, kolumbiyalı "Mançester Yunayted"ə keçəcək.

28 yaşlı futbolçunun baş məşqçi Zinəddin Zidanın planlarına daxil olmadığı bildirilir. Bu səbəbdən də yarımmüdafiəçinin satılacağı gözlənilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest