Adam Lallana "Liverpul"da qala bilər. Matc.az "The İndependent"ə istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi komandadan ayrılmaq istəmir.

Lallanın müqaviləsi mövsüm sonunda başa çatır. Bu səbəbdən də onun "Liverpul"dan ayrılacağı bildirilirdi. İngiltərə mətbuatı daha öncə "Tottenhem"in oyunçu ilə danışıqlar apardığını yazmışdı.

Ancaq təcrübəli futbolçunun komandada qalmaq istədiyi bəlli olub. Onun Yurgen Kloppla çalışmaqdan məmnun olduğu vurğulanıb. Əgər rəhbərlik oyunçunya yeni müqavilə təklif etsə, Lallana bir il daha "Liverpul"da çıxış edəcək.

Qeyd edək ki, yarımmüdafiəçi cari mövsüm Premyer Liqada 15 döyüş keçirib və 1 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest