"Atletiko"nun müdafiəçisi Stefan Saviç karyerasını İtaliyada davam etdirə bilər. Matc.az xəbər verir ki, 29 yaşlı futbolçunun xidmətində "Yuventus" maraqlıdır
 
Xəbəri Monteneqro millisinin üzvü özü də təsdiqləyib. Mərkəz müdafiəçisi Turin klubunun onun meneceri ilə təmasa keçdiyini söyləyib. Lakin Saviç özü Madrid klubunda qalmaq niyyətindədir. O, ən azı daha bir il "Atletiko"nun formasını geyinməkdə maraqlıdır. 
 
Qeyd edək ki, "Atletiko" ilə müqavilə müddəti 2023-cü ilin yayına qədər olan Stefan Saviç cari mövsüm 19 oyun keçirib, 1 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest