"Nyukasl" "Barselona"nın yarımmüdafiəçisi Filipp Koutinyo ilə danışıqlara başlayıb. Matc.az "France Football"a istinadən xəbər verir ki, braziliyalı mövsüm sonu Premyer Liqaya qayıda bilər

Bildirilir ki, klubun vəliəhd şahzadə Məhəmməd bin Salmanın başçılıq etdiyi Səudiyyə Dövlət İnvestisiya Fonduna satılmasının ardından heyətə ulduz futbolçular cəlb ediləcək. Satış hələ ki, rəsmən açıqlanmadığı üçün transferlər yubanır.

Mövsümü icarə əsasında "Bavariya"da keçirən Koutinyo Münih klubuna qayıtmayacaq. 27 yaşlı futbolçu ilə "Arsenal", "Tottenham" və "çelsi"nin də maraqlandığı iddia edilir.

Yarımmüdafiəçi 2019/20 mövsümündə  "Bavariya"da 32 matç keçirib və 9 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest