PSJ-nin müdafiəçisi Tiaqo Silva karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki,  "Everton"un baş məşqçisi Karlo Ancelotti braziliyalını komandasında görmək istəyir.

Bildirilir ki, Liverpul təmsilçisi yaxın günlərdə futbolçu ilə təmasa keçəcək. İtaliyalı mütəxəssis təcrübəli oyunçu ilə şəxsən danışmaq niyyətindədir. Paris klubu ilə iki illik müqaviləsi olan Silvanın komandada qalıb-qalmayacağı bəlli deyil. 

Daha öncə braziliyalı müafiəçiyə "Barselona" və "Mançester Yunayted"in də maraq göstərdiyi iddia edilirdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest