AFFA AVRO-2020-nin könüllüləri üçün ilk dəfə "Online İntellektual" çempionatı keçirib.
 
Matc.az xəbər verir ki, 4 mərhələdən ibarət yarış bir ay ərzində təşkil edilib. İştirakçılar onlayn form link vasitəsilə təqdim olunan sualları 5 dəqiqə ərzində cavablandırıblar. Turnir "WhatsApp" mobil tətbiqi üzərindən təşkil olunub. 
 
1700 könüllünün qatıldığı yarışda ilk "10-luq"da yer alanlar müəyyənləşib. 
 
Qeyd edək ki, bu aydan növbəti oyuna start veriləcək. Hər ayın qalibləri böyük finalda iştirak hüququ qazanacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest