İcarə əsasında "Borussiya"da çıxış edən Əşraf Hakimi karyerasını İngiltərədə davam etdirə bilər.  Matc.az xarici mətbuata istinadən xəbər verir ki, "Tottenhem" futbolçunun xidmətində maraqlıdır.

Müqavilə ilə "Real"a məxsus olan müdafiəçinin mövsüm sonu Dortmund təmsilçisindən ayrılacağı bildirilir. 21 yaşlı oyunçunun Madrid klubu ilə 2021-ci ilə qədər sözləşməsi var.

London klubu Hakimi üçün yaxın günlərdə "Real"la danışıqlara başlayacaq. Əgər oyunçunun satılmasında razılıq əldə olunmasa, "Tottenhem" müdafiəçini icarəyə də götürə bilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest