"Formula 1" üzrə Azərbaycan Qran-prisi ləğv olunub. Matc.az "F1News" nəşrinə istinadən xəbər verir ki, qərarın tezliklə rəsmən açıqlanacağı gözlənilir.

Bildirilir ki, məsələ ilə əlaqədar bütün müvafiq əməkdaşlar məlumatlandırılıb.  Sinqapurdakı şəhər trası mərhələsi və Yaponiya Qran-prisi də ləğv ediləcək. Lakin Rusiya, Vyetnam, ABŞ, Meksika, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərindəki Qran-prilər reallaşacaq.  "Formula 1" rəhbərliyi bu mövsüm ən azı 15 yarış təşkil etməyi düşünür.

Qeyd edək ki, "Formula 1" rəhbərliyi Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako, Niderland və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest