"Yuventus" "Milan"ın qapıçısı Canluici Donnarummanı heyətinə qatmaq niyyətindədir. Matc.az xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb.

Bildirilir ki, Turin klubu Voytsex Şesnini yaxşı təklif qarşılığında satmağı düşünür.  Polşalı qolkiperin müqaviləsi 2024-cü ildə sona çatır. Onun əvəzinə isə Donnarumma heyətə cəlb ediləcək.

21 yaşlı gənc qapıçı isə "Milan"la razılığa gələ bilmir. O, rəhbərliyin təklif etdiyi yeni müqaviləni qəbul etməyib.

Qeyd edək ki, "Yuventus" təcrübəli qapıçısı Canluici Buffonla müqavilə müddətini bir il artırmağı düşünür.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest