"Napoli" yarımmüdafiəçi Xose Kalexonla müqaviləni uzatmaq niyyətindədir. Matc.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.

Bildirilir ki, rəhbərlik 33 yaşlı futbolçuya daha bir illik sözləşmə təklif edəcək. Kalexonla "Valensiya"nın da maraqlandığı iddia edilir. Lakin "Napoli" oyunçunu buraxmaq istəmir.

Yarımmüdafiəçinin İtaliyada qalıb-qalmayacağı bəlli deyil. Onun gələcəyi ilə bağlı mövsüm sonunda qərar verəcəyi bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest