O bildirib ki, futbolçu Ağdam təmsilçisi ilə müqavilə imzalayıb. Klub rəhbəri hər şeyin bitdiyini və Kevinin sadəcə tibbi müayindən keçməsi qaldığını sözlərinə əlavə edib.

Portuqaliya ikinci liqasında mübarizə aparan "çaveş"in müdafiəçisi Kevin Medina "Qarabağ"la anlaşıb. Matc.az xəbər verir ki, bu barəda klub prezidenti Fransisko Joze Karvalyu məlumat verib.

O bildirib ki, futbolçu Ağdam təmsilçisi ilə müqavilə imzalayıb. Klub rəhbəri hər şeyin bitdiyini və Kevinin sadəcə tibbi müayindən keçməsi qaldığını sözlərinə əlavə edib.

Daha əvvəl "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 27 yaşlı müdafiəçi ilə anlaşdıqlarını söyləyib.

Qeyd edək ki, karyerası ancaq Portuqaliya klubları ilə bağlı olan Kevin Medina 2019-cu ildən "çaveş"də çıxış edir. Medinanın "Qarabağ"la 3 illik müqavilə bağlayacağı gözlənilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest