AFFA Lisenziyalaşdırma Komissiyasının iclası təxirə  salınıb. Bu barədə Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev məlumat verib. 
 
O bildirib ki, bəzi məsələlər UEFA və klublarla dəqiqləşdirilməli, daha sonra yekun qərar hazırlanaraq, Lisenziyalaşdırma Komissiyasına təqdim edilməlidir: "Pandemiyaya görə qurumlar iki aya yaxın işləmirdi. AFFA və klublar da iki aya yaxın karantin dövründə idi. Ona görə də müəyyən sənədlərin daha dəqiq yoxlanılmasına ehtiyac var. Bu, elə də ciddi problem deyil".
 
Federasiya rəsmisi Lisenziyalaşdırma Komissiyasının iclasının iyunun 17-də və ya 18-də ola biləcəyini sözlərinə əlavə edib.(report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest