"Messi dünyanın və tarixin ən yaxşı futbolçusudur. Mən həmişə onunla məsləhətləşərək yeni oyunçular seçərdim ki, yanında kimin oynamaq istədiyini bilim"

"Barselona"nın sabiq hücumçusu Samuel Eto Lionel Messi barədə danışıb. Matc.az "Marca"ya istinadən xəbər verir ki, o, argentinalı oyunçu barədə xoş sözlər söyləyib:

"Messi dünyanın və tarixin ən yaxşı futbolçusudur. Mən həmişə onunla məsləhətləşərək yeni oyunçular seçərdim ki, yanında kimin oynamaq istədiyini bilim. Ancaq Messinin artıq köməyə ehtiyacı var. İndi Leo 25 yaşlı bir oğlan kimi qaça bilmir. Baxmayaraq ki, o, bəzən yenə də bunu bacarır. Biz "Barselona" azarkeşləri Messinin oyunundan həzz almağa davam etməyimiz üçün onun yaxşı komanda yoldaşları ilə təmin edilməsini istəməliyik. Məncə, futbolu uzun müddət sevməyimiz baxımından Messi 70 yaşına kimi oynamalıdır. Unutmayaq ki, Leo 6 dəfə "qızıl top"u qazanan yeganə futbolçudur"

Qeyd edək ki, Eto 2004-09-cu illərdə Kataloniya klubunda  çıxış edib.     

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest