İtaliya millisinin sabiq futbolçusu Dieqo Fabbrininin agenti Florin Manea oyunçunun Azərbaycandan təklif aldığını açıqlayıb. Matc.az "Prosport" nəşrinə istinadən xəbər verir ki, o, 2019-cu ildə oyunçunun "Qarabağ" və "Neftçi"nin maraq dairəsində olduğunu söyləyib.

Manea bildirib ki, Dieqo həmin vaxt Rumıniyanın "Dinamo" (Buxarest) komandasında çıxış edirdi. Futbol agenti yarımmüdafiəçinin hazırda sözügedən ölkənin digər klubu "Rapid"dən də təklif aldığını vurğulayıb. O, Buxarest təmsilçisi ilə Azərbaycan klublarının təkliflərinin daha cəlbedici olduğunu və 30 yaşlı futbolçunun buna rədd cavabı verə bilməyəcəyini deyib.

Qeyd edək ki, Dieqo Fabbrini 2012-ci ildə İtaliyanın əsas yığmasında 1 oyun keçirib. O, karyerası ərzində "Empoli", "Udineze", "Uotford", Birmingem" və "Midlsbro" kimi klublarda forma geyinib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest