İtaliyanın "Breşiya" komandası futbolçusu Mario Balotelli və meneceri Mino Rayolanı məhkəməyə verməyə hazırlaşır.
 
Matc.az xəbər verir ki, Rayola 30 yaşlı hücumçunun koronavirus pandemiyası ilə bağlı fasilədən sonra komanda ilə birlikdə məşqlərdə iştirak etməməsini onun virus testindən keçirilməməsi ilə əlaqələndirib. Futbolçu da bu məlumatı təsdiqləyib.
 
Breşiya təmsilçisi isə bu cür məlumatların klubun imicinə zərbə olduğunu düşünür və onlarla bağlı məhkəməyə müraciət etməyə hazırlaşır.
 
Qeyd edək ki, Balotelli 2019-cu ilin avqustunda azad agent kimi "Breşiya"ya keçib. O, cari mövsüm 1 oyunda 5 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest