İspaniya La Liqasının 28-ci turu çərçivəsində "Eybar"la qarşılaşacaq "Real" ciddi itki ilə üzləşib.
 
Matc.az "Marca"ya istinadən xəbər verir ki, "kral klubu"nun yarımmüdafiəçisi Lukas Vaskes zədələnib.
 
Onun fiziki yüklənmə səbəbiylə sağ ayağının əzələsindən zədələndiyi bildirilir. Komandanın son məşqində iştirak etməyən 28 yaşlı futbolçunun "Eybar"la oyunu buraxacağı bildirilir.
 
"Real" – "Eybar" oyunu iyunun 14-də, saat 21:30-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest