PSJ-nin kapitanı Tiaqo Silva karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, "Tottenhem" futbolçunun xidmətində maraqlıdır.

Bildirilir ki, London klubunun baş məşqçisi Joze Mourinyo braziliyalı oyunçunu komandasında görmək istəyir. Transferin reallaşmasında tək problem Silvanın maaşı ola bilər.

Belə ki, müdafiəçi PSJ-də həftəyə 350 min avro alır. Ancaq "Tottenhem"in bu məbləği verə bilməyəcəyi vurğulanıb. Bununla yanaşı, Silvanın biraz aşağı maaşla London təmsilçisi ilə razılaşa biləcəyi bildirilir.

Braziliyalı futbolçu Paris klubunun koronavirus pandemiyası səbəbindən əmək haqqlarının endirlməsi təklifinə qarşı çıxmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest