Azərbaycan çempionatlarının 28 illik tarixində 190 avtoqol qeydə alınıb. Öz qapısına ən çox qol vuran komanda ünvanının üç şəriki var. Bunlar bütün çempionatların iştirakçısı olan "Neftçi" və "Qarabağ", həmçinin AZAL-dır.

Azərbaycan çempionatlarının 28 illik tarixində 190 avtoqol qeydə alınıb. öz qapısına ən çox qol vuran komanda ünvanının üç şəriki var. Bunlar bütün çempionatların iştirakçısı olan "Neftçi" və "Qarabağ", həmçinin AZAL-dır. Hər üç komandanın futbolçuları 18 dəfə öz qapısına qol vurub. Onların ən yaxın "izləyicisi" "Keşlə"nin üzvləri 12 dəfə avtoqola üzülüb.
 
Ən çox avtoqol müəllifi olan komandalar: AZAL, "Neftçi", "Qarabağ" – 18, "Keşlə" – 12, "Sumqayıt", "Bakı" – 11, "Zirə" – 8, "Turan" – 7, MOİK, "Kəpəz", "Xəzər Lənkəran", "Qəbələ", "Simurq" – 6.
 
"Qarabağ" ən çox avtoqol vuran komandalardan biri olmaqla yanaşı, rəqibləri topu öz qapısından ən çox keçirən klubdur. Ağdamlıların hesabında 22 rəqib qolu var. "Neftçi"ni rekordçudan üç top ayırır. İlk "üçlüy"ü "Keşlə" qapayır – 17 dəfə.
 
Rəqibləri ən çox avtoqol edən komandalar: "Qarabağ" – 22, "Neftçi" – 19, "Keşlə" – 17, "Bakı" – 15, "Qəbələ" - 13, "Simurq", "Turan" – 10, "Xəzər Lənkəran" – 9, "Kəpəz", "Sumqayıt" – 8.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest