"Borussiya"sının futbolçusu Ceydon Sançonun karyerasını İngiltərədə davam etdirməyə yaxındır. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, gənc oyunçu "Mançester Siti"yə keçmək niyyətindədir.
 
20 yaşlı futbolçu "şəhərlilər"in heyətində çıxış etmək istəyir. Hətta onun klub rəhbərliyinə və "Mançester Siti" üzvləri bu barədə məıumat verdiyi bildirilir.
 
Qeyd edək ki, Ceydon Sançonun xidmətində "Mançester Yunayted" maraqlı olsa da, "qırmızı şeytanlar" tələb olunan 115 milyon funt-sterlinqi ödəmək gücündə deyillər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest