"Qarabağ"ın çempionlar Liqasının II təsnifat mərhələsindəki matçının hakimləri müəyyənləşib. Matc.az xəbər verir ki, Ağdam klubunun növbəti ev oyununu Qazaxıstandan olan hakimlər briqadası idarə edəcəklər.

Görüşün baş hakimi Furkat Atajanov köməkçiləri isə Sergey Kalaçyov və Darxan Tulegenov olacaqlar. Matçda dördüncü hakimi funksiyasını Qriqori Moskovçenko yerinə yetirəcək.

Qeyd edək ki, "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi bu gün keçiriləcək "Şerif" (Moldova) – "Fola" (Lüksemburq) cütünün qalibi olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest