14 May 2025, 11:14
FUTBOL
Mövsümün sonunda "Lill"lə müqaviləsi başa çatan Conatan Devid "Napoli"yə keçməyəcək.
Matc.az İtaliya mərbuatına istinadən xəbər verir ki, Neapol klubu kanadalı futbolçunun tələblərini qəbul etməyib.
Devid "Napoli"dən 15 milyon avro imza pulu tələb edib. 25 yaşlı həmçinin klubdan illik 9 milyon avro maaş istəyib. Belə olan halda "Napoli" forvardı heyətinə qatmaqdan vaz keçib.
Qeyd edək ki, Conatan Devid bu mövsüm "Lill"in heyətində keçirdiyi 48 oyunda 25 qol vurub, 12 qol ötürməsi edib.