30 Sentyabr 2020, 22:02
AVROPA LİQASI
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Polşa təmsilçisi "Legiya"ya qarşı keçiriləcək oyundan öncə fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bu gün Polşada baş tutan mətbuat konfransında bunları söyləyib:
"Yeni baş məşqçi gəldikdən sonra "Legiya"nın oyununda dəyişikliklər var. Rəqibimiz standart vəziyyətlərdən yaxşı istifadə edir. Sabah rəqibə qarşı yaxşı oynamağa çalışacağıq. Fikrimiz eyni zamanda öz ölkəmizdə qalıb. Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan torpağı olan Qarabağın işğalçılardan təmizlənməsi əməliyyatlarına başlayıb. Təbii ki, biz sülh tərəfdarıyıq, ancaq təəssüf ki, düşmənimiz bizlə eyni fikirdə deyil. ürəyimizin yarısı burada, yarısı isə Azərbaycandadır. Bu əməliyyatlardan xoş xəbərlər alacağımızı gözləyirik. Xalqımız Ali Baş Komandanımıza inanır".
Qeyd edək ki, oktyabrın 1-də Varşavada keçiriləcək "Legiya" - "Qarabağ" matçına Bakı vaxtı ilə 22:00-da start veriləcək.