"Qarabağ" futbol üzrə Avropa Liqasının İ qrupunda qarşılaşacaqları İsrailin "Makkabi" (Təl-Əviv) klubuna müraciət ünvanlayıb. 
 
Matc.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin "Facebook" səhifəsində paylaşım edilib.
 
Paylaşımda "Hər zaman ərazi bütövlüyümüzü dəstəkləyən bir ölkənin komandası ilə eyni qrupda yer almaqdan qürur duyuruq" yazılıb. 
 
Qeyd edək ki, "Qarabağ" "Makkabi" ilə yanaşı, Türkiyənin "Sivaspor" və İspaniyanın "Vilyarreal" klubları ilə eyni qrupda mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest