08 Oktyabr 2020, 16:07
AVROPA LİQASI
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Türkiyə "Sivasspor"u sifariş ərizəsini UEFA-ya təqdim edib. Matc.az xəbər verir ki, Superliqa təmsilçisinin siyahısında 21 oyunçu yer alıb. Bunlardan 2-si qapıçı, 7-sı müdafiəçi, 8-i yarımmüdafiəçi, 4-ü isə hücumçudur.
Qapıçılar: 25. Muammer Zülfikar Yıldırım, 30. Mamadu Samassa
Müdafiəçilər: 3. Uğur çiftçi, 4. Aaron Appindanqoe, 8. Robin Yalçın, 14. Samba Kamara (Fransa), 58. Ziya Erdal, 87. Marselo Qoyano, 88. Caner Osmanpaşa
Yarımmüdafiəçilər: 5. İsaak Kofi, 6. Klaudemir, 10. Yasin öztekin, 11. Xorxe Feliks, 17. Erdoğan Yeşilyurt, 37. Hakan Arslan, Maks Qradel, Faysal Fayr
Hücumçular: Aruna Kone, Mustafa Yatabare, Kazimir Ninqa, Olarenvacu Kayode
Xatırladaq ki, "Qarabağ" I qrupunda "Sivasspor"la yanaşı, İspaniyanın "Vilyarreal" və İsrailin "Makkabi" (Tel-Əviv) klubları ilə mübarizə aparacaq.
Qeyd edək ki, "Ağdam klubu "Sivasspor"la ilk matçını noyabrın 5-i səfərdə, cavab görüşünü isə noyabrın 26-ı evdə keçirəcək.