28 Oktyabr 2020, 15:29
AVROPA LİQASI
"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində İspaniyanın "Vilyarreal" klubuna qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində İspaniyanın "Vilyarreal" klubuna qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, Ağdam klubunun üzvü bu gün İstanbulda baş tutan mətbuat konfransından bunları söyləyib:
"Hər kəsi salamlayıram. Türkiyədə vacib matça çıxacağıq. "Vilyarreal" böyük komandadır və baxımlı oyun sərgiləyirlər. çalışacağıq ki, Azərbaycanı yaxşı təmsil edək. Baş məşqçi ilə birlikdə rəqibin oyununu analiz etmişik. İnanıram ki, sabah yaxşı oyun olacaq və istədiyimiz nəticəni qazana biləcəyik".
Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim" stadionunda baş tutacaq.