Futbol üzrə UEFA Millətlər Liqasında Belçika və İslandiya ilə qarşılaşacaq İngiltərə yığması ciddi itkiylə üzləşib.
 
Matc.az xəbər verir ki, millinin hücumçusu Markus Reşford zədələnib. 
 
Bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb. Reşford İngiltərə millisinin heyətindən çıxarılıb.
 
"Mançester Yunayted"in "Everton"la qarşılaşdığı matçda (3:1) zədələnən Reşfordun yığmanın oyunlarına qədər sağalacağı gözlənilirdi. İngiltərə millisinin həkimləri hücumçunun sağalma prosesinin ləng getdiyinə görə onun qarşıdakı oyunlarda iştirak etməməsinə qərar verib.
 
İngiltərə millisi noyabrın 15-də Belçika, 18-də isə İslandiya ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest