"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasının mübarizə aparacağı UEFA Gənclər Liqasının formatı, tarixi və iştirakçıların adları dəqiqləşib.

"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasının mübarizə aparacağı UEFA Gənclər Liqasının formatı, tarixi və iştirakçıların adları dəqiqləşib.
 
Matc.az xəbər verir ki, 64 komanda olimpiya sistemi üzrə qüvvəsini sınayacaq.
 
1/32 və 1/16 final mərhələləri çempionlar yolu və çempionlar Liqası yolu üzrə keçiriləcək. "Qırmızı-qaralar" çempionlar yolunda mübarizə aparacaq.
 
Mövsümün ilk püşkatması 2021-ci il yanvarın 27-də baş tutacaq. 1/32 finalın qarşılaşmaları martın 2-3-də keçiriləcək. Martın 12-də növbəti püşkatma təşkil olunacaq. 1/16 final 6-7 aprel, 1/8 final 20-21 aprel, 1/4 final 4-5 may, yarımfinal 17 may, final 20 may tarixində baş tutacaq.
 
çempionlar yolu: "Selta" (İspaniya), "Köln" (Almaniya), "Anje" (Fransa), "çertanovo" (Rusiya), "Benfika" (Portuqaliya), "Genk" (Belçika), "Qalatasaray" (Türkiyə), "Alkmaar" (Niderland), "Sparta" (çexiya), PAOK (Yunanıstan), "Dinamo" Z (Xorvatiya), "Odense" (Danimarka), "Bazel" (İsveçrə), APOEL (Kipr), "Srvena Zvezda" (Serbiya), "Reyncers" (Şotlandiya), "Dinamo" Mn (Belarus), "Hammarbü" (İsveç), "Rusenborq" (Norveç), "Kayrat" (Qazaxıstan), "Qurnik" (Polşa), "Qəbələ" (Azərbaycan), "Makkabi" H (İsrail), "Lüdoqorets" (Bolqarıstan), "Vitorul" (Rumıniya), "Jilina" (Slovakiya), "Olimpiya" (Sloveniya), "Dyor" (Macarıstan), "Şkendiya" (Şimali Makedoniya), "Şerif" (Moldova), "Apolloniya" (Albaniya), "Uoterford" (İrlandiya);
 
çempionlar Liqası yolu: "Real", "Barselona", "Atletiko", "Sevilya" (hamısı İspaniya), "Bavariya", "Borussiya" D, "Leypsiq", "Borussiya" M (hamısı Almaniya), "Liverpul", "Mançester Siti", "Mançester Yunayted", "çelsi" (hamısı İngiltərə), "İnter", "Yuventus", "Atalanta", "Latsio" (hamısı İtaliya), PSJ, "Marsel", "Renn" (hamısı Fransa), "Zenit", "Lokomotiv", "Krasnodar" (hamısı Rusiya), "Porto" (Portuqaliya), "Brügge" (Belçika), "Şaxtyor", "Dinamo" K (hər ikisi Ukrayna), "Başakşəhər" (Türkiyə), "Ayaks" (Niderland), "Zalsburq" (Avstriya), "Olimpiakos" (Yunanıstan), "Midtülland" (Danimarka), "Ferensvaroş" (Macarıstan).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest