İngiltərənin "Arsenal" klubu ciddi itkiylə üzləşib.
 
Matc.az xəbər verir ki, "topçular"ın futbolçusu Pyer-Emerik Obameyanq zədələnib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qabonlu hücumçu zədə səbəbindən Premyer Liqanın 14-cü turunun "Everton"la səfər matçını buraxmalı olub. Obameyanqın yaşıl meydanlara qayıdacağı vaxt bəlli deyil.
 
"Everton" – "Arsenal" matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest