İngiltərənin "Sauthempton" klubunun qapıçısı Aleks Makkarti koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin baş məşqçisi Ralf Hazenhüttl "Liverpul"a qarşı keçirəcəkləri oyundan öncə təşkil olunmuş mətbuat konfransında məlumat verib.
 
O, 31 yaşlı ingilis qolkiperin sonuncu Covid-19 testinin pozitiv çıxdığını diqqətə çatdırıb. Bu üzdən də Makkarti bu gün baş tutacaq "Liverpul"la Premyer Liqa matçında komandasına kömək edə bilməyəcək. Təcrübəli qapıçının Federasiya Kuboku çərçivəsində "Şrüsberi Taun"la oyunda da forma geyinməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest