Fransanın PSJ klubunun bir futbolçusunda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, Paris təmsilçisinin hücumçusu Moyze Kinin koronavirus testi müsbət çıxıb.
 
Bu barədə Liqa 1 nəhənginin rəsmi saytı məlumat yayıb. 21 yaşlı hücumçunun karantinə alındığı diqqətə çatdırılıb.
 
Kin Liqa 1-in 28-ci turunun "Bordo" ilə matçını (1:0) da bu səbəbdən buraxmalı olub.
 
Qeyd edək ki, Moyze Kin bu mövsüm PSJ-nin heyətində 31 oyuna çıxıb, 17 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest