Futbol üzrə Almaniya Bundesliqasında 20-ci turdan təxirə salınmış bir oyun keçirilib.
 
Matc.az xəbər verir ki, "Arminiya" doğma meydanda "Verder"lə üz-üzə gəlib.
 
Qonaqlar bu görüşdən inamlı qələbə ilə ayrılıblar. Bu qələbə sayəsində xal hesabını 30-a yüksəldən "Verder" 12-ci pillədə qərarlaşıb. "Arminiya" isə 19 xalla 16-cı sırada qalıb.
 
Xatırladaq ki, fevralın 7-də keçirilməli olan "Arminiya" – "Verder" matçı əlverişsiz hava şəraiti – güclü qar səbəbindən təxirə salınmışdı.
 
Almaniya Bundesliqası
20-ci turun oyunu
10 mart
 
Arminiya – Verder 0:2
Qol: Sargent, 47. Mohvald, 75.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest